Ermənistan Rusiya ilə qoşun birləşməsi yaradılması sazişini ratifikasiya etdi

Ermənistan parlamenti

Ermənistan parlamenti birgə Rusiya-Ermənistan qoşun birləşməsi yaradılması ilə bağlı razılaşmanı ratifikasiya edib.

Bu barədə oktyabrın 5-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

83 deputat bunun lehinə,7 deputat isə əleyhinə səs verib.

Rusiya ilə Ermənistan bu razılaşmanı ötən ilin noyabrında Moskvada imzalayıblar.

Birgə qüvvələr Ermənistandakı Rusiya bazası və Ermənistan ordusunun 5-ci korpusundan yaradılıb.

Razılaşmada göstərilir ki, quruplaşmanın əsas məqsədi regionda hərbi təhlükəsizliyi təmin etmək və Ermənstanla Rusiyaya qarşı mümkün xarici təcavüzlərin qarşısını almaqdır.

Rusiya parlamenti artıq razılaşmanı ratifikasiya edib.