Fizika üzrə Nobel mükafatçıları bəlli oldu

Rainer Weiss, Barry Barish və Kip Thorne

Fizika səhəsində Nobel mükafatı Rainer Vays, Berri Berriş və Kip Torn-a (Rainer Weiss, Barry Barish və Kip Thorne) verilib.

Mükafat onlara qravitasiya dalğalarının müşahidəsinə görə verilib.

Qara dəliklərin toqquşmasından yaranan bu dalğaların aşkar edilməsi 2016-cı ildə elan edilib.

Alimlər bunun üçün Lazer-interferometrik qravitasiya-dalğa rəsədxanasından istifadə ediblər.

Bu cür rəsədxanalar ABŞ-da iki yerdə var.

Bu rəsədxanalar yerdən təxminən 1,3 milyard işıq ili uzaqlığında olan 2 qara dəliyin toqquşmasından əmələ gələn qravitasiya dalğasını aşkar edə bilir.

Ötən il fizika səhədində Nobel mükafatına britaniyalı alimlər Devid Tauless, Maykl Kosterlits və Dunkan Haldeyn latyiq görülmüşdülər.

Mükafat onlara topoloji faza keçidləri və maddənin topoloji fazalarının nəzəri kəşfinə görə verilib.

Bu il Nobel həftəsi tibb sahəsində mükafatın verilməsi ilə başlayıb.

Jeffrey Hall, Michael Rosbash və Michael Young

Bu mükafata amerikalı alimlər Cefri Hollu, Maykl Rozbaş və Maykl Yanq ( Jeffrey Hall, Michael Rosbash və Michael Young) layiq görülüblər.

Mükafat onlara, gün ərzində fizioloji proseslərimizi tənzimləyən sirkadalı ritmlərə nəzərət edən molekulyar mexanizmlərin kəşfinə görə verilib.