Oktyabrın 2-də Yerevandakı “Ermənistan” tibb mərkəzində atışma olub.
Ermənistan İstintaq komitəsinin məlumatına görə, penitensiar xidmətin əməkdaşları tibbi müayinə üçün 1 məhkumu mərkəzə gətiriblər. Müayinə vaxtı silahlı adam, məhkumun qaçmasına şərait yaratmaq üçün palataya girərək atəş açıb.
Hüquq-mühavizə xidmətinin əməkdaşları atəş açanı zərərsizləşdiriblər və qaçışın qarşısı alınıb.
İnsident zamanı xəsarət alan olmayıb.
Tibb mərkəzinə soxulan adam Avtomat silahdan atəş açırmış.
Faktla bağlı cinayət işi açılıb.