Facebook Rusiyayla bağlı informasiyanı Konqresə ötürür

Facebook

Facebook sosial şəbəkəsi bildirib ki, 3 min reklamın surətini ABŞ Konqresinə verəcək. Həmin reklamların 2016-cı il prezident seçkisi vaxtı Rusiyaya bağlı şəxslər tərəfindən alındığı bildirilir.

Facebook oktyabrın 1-də bildirib ki, məlumatlar Konqresə oktyabrın 2-də veriləcək. Bu məlumatlardan reklamların kimləri hədəflədiyi, neçəyə başa gəldiyi bilinəcək.

Sosial şəbəkə rəhbəri Mark Zuckerberg hələ ötən ay həmin informasiyanın Konqresdə təhqiqatçılara veriləcəyini demişdi. Konqres komitələri Rusiyanın ABŞ seçkisinə iddia olunan müdaxiləsini araşdır.

Facebook daha öncə həmin informasiyanı ABŞ-ın xüsusi müşaviri Robert Mueller-ə vermişdi.

Sosial şəbəkə ötən ay minlərlə reklamın Rusiyaya bağlı hesablarla əlaqəsini ortaya çıxardığını açıqlayıb.

Moskva seçkiyə müdaxiləsiylə bağlı deyilənləri rədd edir.