Deputalar ATƏT PA-nın sessiyasna gedir

Bahar Muradova

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar ATƏT Parlament Assambleyasınınpayız sessiyasında iştirak edəcəklər.

Nümayəndə heyətinin tərkibinə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov, ÜlviyyəAğayeva və Tahir Mirkişili daxildirlər.

Tədbirdə “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər” mövzusunda müzakirələr aparılacaq. Toplantı iştirakçıları kibertəhlükəsizlik, iqlim dəyişikliyinin yaratdığı problemlər, habelə sabitliyin və inkişafın təminatı baxımından təhsilin təşviqi barədə fikirlərini bölüşməlidirlər.

Parlament nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçiriləcək Aralıq Dənizi Forumuna da qatılacaqlar. Yığıncaqda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələyəbaxılacaq.

Sessiyanın sentyabrın 3-da başlayacağı, 5-də başa catacağı bildirilir.

Səfər oktyabrın 7-də başa çatacaq.