Beynəlxalq “Playboy” jurnalının banisi Hugh Hefner 92 yaşında vəfat edib.
Bu barədə sentyabrın 28-də nəşrin Tvitter səhifəsində məlumat verilir.
Kişilər üçün olan “Playboy” jurnalı ABŞ-da 1953-cü ildən nəşr edilir.
Jurnalın ilk nəşri 1953-cü ilin dekabrında 51 min tirajla buraxılıb.
Hazırda “Playboy” jurnalı dünyada müxtəlif dillərdə çıxır.
Jurnalın rus versiyası isə 1995-ci ildən buraxılır.
Nəşr 2015-ci ildə özünün çap versiyasında tam çılpaq modellərin verilməsindən imtina edib.
Jurnal bunu ona görə edib ki, PG-13 reytinqi alsın və onu yeniyetmələr də ala bilsin.