Rusiya "Feysbuk"u bloklamaqla hədələyir

Rusiya deyir ki, “Feysbuk” 2018-ci ildə şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

“İntefaks”ın məlumatına görə, bunu sentyabrın 26-da jurnalistlərə “Roskomnadzor” un rəhbəri Aleksandr Jarov deyib.

“Qanun hamı üçün mütləqdir. İstənilən halda ya biz qanuna əməl edilməsinə nail olacağıq, ya da şirkət Rusiya ərazisində fəaliyyətini dayandıracaq, təssüf ki, Linkedln-lə baş verdiyi kimi. Burda istisna yoxdur”,Jarov deyib.

Rusiya ötən ilin noyabrında “Linkedln” social şəbəkəsinin fəaliyyətini dayandırıb.

Jarovun sözlərinə görə, “Tvitter” artıq 2018-ci ilin ortalarında şəxsi məlumatların lokallaşdırılacağını bildirib və onlar şirkətin mövqeini başa düşərək bu müddətədək orda yoxlama aparmayacaqlar, amma bundan sonra mütləq yoxlanacaq.

Rusiyada şəxsi məlumatlar haqqında qanuna bu düzəliş 2015-ci ilin sentyabrından qüvvəyə minib.