ABŞ Rusiya rəsmisinin bəyanatına cavab verdi

Heather Nauert

“Rusiyalı general Valery Asapovun Suriyada ölümündə ABŞ-ın əli yoxdur”.

“İnterfaks”ın sentyabrın 26-da yaydığı məlumata görə, bunu ABŞ Dövlət Departamenti-nin sözçüsü Heather Nauert bəyan edib.

O qeyd edib ki, ABŞ-ın “İslam dövləti” qrupunu dəstəkləməsi və ya rusiyalı generalın ölümündə əli olması barədə bəyanat əsassızdır.

Nauret özünün “Tvitter” səhifəsində yazıb ki, ABŞ və onun müttəfiqlərinin bir məqsədi var-“İslam dövləti” qrupunu darmadağn etmək.

Nauert qeyd edib ki, Rusiya rəsmilərinin verdikləri bu cür bəyanatlar faydasız və doğru deyil.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov bundan əvvəl rusiyalı general Asapovun Suriyada həlak olmasını “ABŞ-ın ikibaşlı siyasəti ilə bağlamışdı.

Rusiyanın müdafiə nazirliyi sentyabrın 24-də general leytenant Valery Asapovun Suriyanın Deyr əz-Zor şəhərində həlak olması barədə məlumat yayıb.

Qeyd edək ki, Rusiya Suriya müharibəsində president Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə üsyançılarn tərəfini saxlayır.