Şimali Koreyanın xarici işlər naziri Ri Yong Ho sentyabrın 25-də deyib ki, ABŞ prezidenti Donald Trumpın son bəyanatları Şimali Koreyaya müharibə elan etməkdir və buna görə onun ölkəsinin ABŞ-ın strateji bombardmançı təyyarələrini ölkənin sərhədlərində və kənarında vurmaq hüququ var.
Yong Ho bunu BMT Baş Assambleyasında jurnalistlərə deyib.
Onun sözlərinə görə, “dünya yadda saxlamalıdır ki, birinci ABŞ bizm ölkəmizə müharibə elan etdi”.
Sentyabrın 23-də ABŞ-ın bombardmançı B-1 təyyarələri Şimali Koreya səsrhədləri yanından uçub. Bu, son onillər ərzində ilk belə uçuşdur.