ATƏT PA-nın xüsusi nümayəndəsi köçkünlərlə görüşüb

Kristijan Vigenin

Sentyabrın 25-i ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristijan Vigenin Masazırda məskunlaşan Zəngilan və Cəbrayıl rayonlarından olan köçkünlərlə görüşüb.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü deputat Tahir Mirkişili deyib. O vurğulayıb ki, K.Vigenin məcburi köçkünlərin şəraiti ilə tanış olub, onlarla söhbət edib.

T.Mirkişili bildirib ki, K.Vigenin-in bu gün, sentyabrın 25-i Xarici İşlər Nazirliyində, sentyabrın 26-sı isə Azərbaycan Diplomatik Akademiyasında və Milli Məclisdə görüşləri nəzərdə tutulub.

K.Vigenin-in vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşü gözlənir. Görüşlərdə Dağlıq Qarabağ və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilir. O, sentyabrın 25-i Azərbaycana gəlib.

ATƏT PA-nın xüsusi nümayəndəsinin Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfəri gözlənilir.