Bəzi rayonlarda yağış gözlənir

Foto arxiv

Sentyabrın 24-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 18-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq.

Bəzirayonlarda isə arabir şimşək çaxacağı, yağış yağacağı bildirilir.

Gecə 15-20, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti gözlənilir.