Erdoqan: ”Qərbə oxumağa gedənlər gönüllü agentlərə çevirilirlər"

Racep Tayyip Erdogan, 20 sentyabr, 2017

”Qərbə oxumağa gedənlər könüllü agentlərə çevirilirlər. Onlar öz ölkələrinin maraqları naminə çalışmaq əvəzində, xarici şirkətlərə xidmət ediblər”.

M.t24.com.tr saytının sentyabrın 21-də yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib.

Mənbənin yazdığına görə ABŞ-da səfərdə olan Türkiyə prezidenti bunu RÜRKEN fondunun ənənəvi “Qala-şam yeməyi”ndə deyib.

Erdogan qeyd edib ki, təssüf ki, bu gün də bu cür qruplarla rastlaşırıq.

O, bunu deyərkən 2016-cı il 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Güleni missal çəkib.

“Beynini Pensilvaniyada yaşayan bir şarlatana həvalə edən manqurtların nələr edə biləcəklərini birlikdə gördük, birlikdə yaşadıq. Onların arasında professorlar və zəngin milyarderlər var, amma bunların heç biri fayda verməz.

Ruhunu 1 dolara satan bu insanlar 15 iyul gecəsində bizə ən böyük xəyanəti yaşatdılar”, Erdogan deyib.

Qeyd edək ki, hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülen 2016-cı il iyulun 15-də Türkiyədə edilən qiyam cəhdinin təşkilində ittiham olunur.

O, ittihamları rədd edir.

Qiyam cəhdindən sonra ölkədə kütləvi həbslər keçirilir.

Bugünədək 40 mindən çox adam həbs olunub, 100 mindən çox hərbçi, hakim, müəllim və digər dövlət quluqçusu saxlanıb və ya işdən kənarlaşdırılıb.

Onlar Fətullah Gülen hərəkatı ilə bağlılıqda ittiham olunurlar.

15 iyul qiyam cəhdi zamanı 270-dən çox adam ölüb.