Nazarbaev-in görüşü Qırğızıstanı qəzəbləndirib

Omurbek Babanov və Nursultan Nazarbaev

Qazaxıstan prezidentinin qırğızıstanlı prezidentliyə namizədlə görüşü iki ölkə arasında gərginlik yaradıb. Tərəflər bir-birinə ittihamlar və diplomatik etiraz səsləndiriblər.

Bişkek bu görüşü Qırğızıstanın daxili işlərinə müdaxilə adlandırıb.

İki Orta Asiya ölkəsi arasında mübahisə sentyabrın 20-də dərinləşib. Bir gün öncə Qazaxıstan prezidenti Nursultan Nazarbaev Omurbek Babanov-la görüşüb.

Qırğızıstanın Xarici İşlər Nazirliyi qəzəbli nota verib.

«Qırğızıstan tərəfi görüşdə verilən bəyanatları və bu görüşün Qazaxıstan tərəfdən geniş işıqlandırılmasını Qırğızıstan xalqının seçiminə təsir göstərmək cəhdi, Qırğızıstanın daxili işlərinə müdaxilə hesab edir», – nazirlik bildirib.

Qazaxıstan isə bir neçə saat sonra bu bəyanata cavabında Bişkekin mövqeyindən «dərin təəccüb»ünü bildirib.

Cəmi üç həftə sonra Qırğızıstanda prezident seçkisi olacaq. Hazırda prezident Almazbek Atambaev-dir.

2011-2012-ci illərdə baş nazir olmuş Babanov Atambaev-in dəstəklədiyi namizəd, ötən ay baş nazirlikdin istefa vermiş – Sooronbai Jeenbekov-a əsas rəqib sayılır.