Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının «Velikiy Ustyuq» kiçik raket gəmisi və «MB-58» dəniz yedəyi sentyabrın 19-da Bakıya gəliblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Məlumatda bildirilir ki, gəmi heyətlərini Hərbi Dəniz Qüvvələri komandanlığı qəbul edəcək və onlar Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.
«Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır», - məlumatda vurğulanır.
Səfər sentyabrın 22-dək davam etməlidir.