Sentyabrın 17-si prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər ediblər.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, prezident BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak edəcək.
BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-si başlayıb.
Sessiyada Afrikanın inkişafı, terrorçuluqla, narkotiklərlə mübarizə, insan haqları və başqa məsələlər müzakirə edilir.
Sentyabrın 19-dan 25-nə kimi isə dövlət, hökumət və xarici işlər nazirlikləri başçıların iştirakı ilə yüksəksəviyyəli ümumi siyasi müzakirələr aparılmalıdır.