Dünyanın ən qoca adamı vəfat etdi

Yamaykada dünyanın ən qoca adamı vəfat edib.

Voyelet Moss Braun-un (Violet Mosse-Brown) 117 yaşı var idi.

Bu barədə özünün “Tvitter” hesabında Yamaykanın baş naziri Endryu Holness (Andrew Holness) məlumat yayıb.

Braun 2017-ci ilin aprelində italiyalı Emma Morano-nun vəfatından sonra 1900-cü ildək doğulmuş dünyanın ən yaşlı adamı idi.

Emma Morano 1899-cu il noyabrın 29-da anadan olub, 2017-ci il aprelin 15-də 117 yaşında vəfat edib.

Emma Morano

Braun isə 1900-cü il martın 10-da anadan olub, 2017-ci il sentyabrın 15-də vəfat edib.

O müsahibələrindən birində deyirmiş ki, donuz və toyuq əti yemir, həmçinin rom içmir.