SOCAR yeni sazişdə payını iki dəfədən çox artırır?

Xoşbəxt Yusifzadə

Azərbaycanın dövlət neft şirkəti olan SOCAR BP ilə yeni hasilatın pay bölgüsü üzrə sazişdə payını iki dəfədən çox artırmağı planlaşdırır.

Bu barədə sentyabrın 14-də jurnalistlərə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Xəbəri “Reuters” informasiya agentliyi yayıb.

Yusifzadənin sözlərinə görə, yeni razılaşmanın layihəsində SOCAR-n payının 11,65-dən 25 faizə qaldırılması nəzərdə tutulur.

Buna da bax:​ Ekspert: ‘Reytinqin endirilməsi SOCAR-ın borclarını artıracaq’

Konsorsiumdakı səhmdarlar BP, SOCAR, Chevron, Inpex, Statoil, ExxonMobil, Turkish Petroleum, Itochu və ONGC Videsh-dir.

Sentyabrın 14-də Bakıda “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanma mərasimi keçirilir.