Kadyrov “beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində xidmətə görə” medalla təltif olunub

Nikolai Patrushev və Ramzan Kadyrov, Qroznı, 12 sentyabr, 2017

Rusiya təhlükəsizlik şurasının sədri Nikolai Patrushev Çeçenistan lideri Ramzan Kadyrovu medalla təltif edib.

Bu barədə sentyabrın 3-də kavkazr.com saytı məlumat yayıb.

“Təhlükəsizlik şurasının sədri Nikolai Patrushevdən “beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində xidmətə görə” medal almaqdan çox məmnunam” Kadyrov bildirib.

Mənbə yazır ki, təqdimat mərasimi Patrushevin Qroznıya səfəri zamanı keçirilib.