Rusiyada keçirilən regional və yerli seçkilərdə hakim Vahid Rusiya partiyası üstünlük təşkil edir.
Sentyabrın 10-da baş tutmuş seçki seçici fəallığının azlığıyla fərqlənib, bir sıra pozuntuların olduğu bildirilib. Liberal müxalifətdən namizədlərsə Moskvanın bəzi regionlarında önə çıxıblar.
Buna da bax: Medvedev: 'Seçkinin nəticələri 'Vahid Rusiya' üçün 'çox yaxşı' olub'
Gələn ilin martına planlaşdırılan prezident seçkisindən öncə böyük səsvermə sayılan bu seçki uzaq regionlarda Prezident Vladimir Putin-in hakimiyyətini möhkəmləndirib. Bülletenlərin demək olar ki, hamısının sayıldığı, Vahid Rusiya-nın namizədlərinin və Kremlin müttəfiqlərinin 15 vilayətdə quberniya seçkisini udduğu bildirilir.
Moskvanın 2014-cü ildə ilhaq etdiyi Ukraynanın Krım vilayətində, Sevastopol liman şəhərində də hakimiyyətin təmsilçisi qalib gəlib.
Kremlin bəzi tənqidçiləri daxil olmaqla, müxalifət liderləri Moskvanın bir neçə vilayətində qalib gəldiyini bildirib.