Ukrayna polisi sentybarın 11-də bildirib ki, keçmiş Odessa qubernatoru Mixeil Saakashvilinin qanunsuz olaraq Ukrayna sərhəddini keçməsi ilə bağlı cinayət işi açılıb.
“Dövlət sərhədddini qanunsuz keçmə” maddəsi ilə ona 3 il həbs cəzası verilə bilər. Ancaq cinayət işində onun adı çəkilmir.
Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakashvili sentyabarın 10-da Polşadan Kiyevə qatarla gəlmək istədi. Ancaq Polşada vağzalda qatarı saxladılar. Elan olundu ki, qatarda Ukraynaya giriş üçün sənədi olmayan şəxs olduğuna görə qatar yerindən tərpənməyəcək.
Qatarda bir neçə saat oturub-gözləyəndən sonra Saakashvili avtobusa minib Ukrayna sərhəddinə gəldi. Burda sərhəd-keçid məntəqəsində onun tərəfdarları polis zəncirini qırdı və Saakashivi Ukraynanın Lvov şəhərinə keçə bildi.
Saakashvili iyul ayında Ukrayna vətəndaşlığından məhrum edilib.