QHT qanunvericiliyinə dəyişiklik ediləcəyi bildirilir

Milli Məclis

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara dəyişikliklərin təklif edildiyi bildirilir.

Milli Məclisdə bun unla bağlı layihələr hazırlandığı deyilir.

APA-nın xəbərinə görə, layihələrdə siyasi partiyalar və QHT-lərın qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlı ilə bağlı bəzi dəyişikliklərin əksini tapması nəzərdə tutulur.

Buna da bax:​ 'QHT qanunvericiliyi Avropa standartlarına cavab vermir'

Layihələrin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı deyilir.

Xatırlatma

2013-cü ildə Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra ölkədə QHT-lərin bir çoxu, özəlliklə də xaricdən maliyyələşən birliklər fəaliyyətini dayandırmalı olublar. Həmin QHT-lərin nümayəndələri ölkə qanunvericiliyinin normal fəaliyyət göstərməyə imkan vermədiyini deyirlər. Hökumət təmsilçiləri isə sözügedən dəyişikliklərin şəffaflığa xidmət etdiyini, bunun çox vacib olduğunu vurğulayırlar.

Buna da bax: Deputat: 'QHT sektorunda problem yoxdur'

Son zamanlar həm Azərbaycanın içindən, həm də beynəlxalq qurumlardan vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunların dəyişdirilməsi barədə təkliflər səsləndirilir.