Səudiyyə Tehranın təşəbbüsünü rədd edir

Adel al-Jubeir

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir sentyabrın 5-də Tehrandan münasibətlərin yaxşılaşdırılmasına dair mesajları rədd edib. İran tərəfdən siqnallar ötən həftə həcc ziyarəti bitəndən sonra səslənməyə başlayıb.

«İran Səudiyyə Ərəbistanıyla yaxşı münasibətlər qurmaq istəyirsə, siyasətini dəyişməlidir. Beynəlxalq hüquqa sayqı göstərməlidir», – Jubeir Londonda mətbuat konfransında deyib.

Tehranda həcc qurumunun rəhbəri Ali Ghazi-Askar uğurlu həcc ziyarətinə görə Səudiyyəyə təşəkkür edib demişdi ki, bu, digər məsələlərdə danışıqlara yol aça bilər.

Ghazi-Askar-ın sözlərinə görə, bu tərəflərə digər sahələrdə ikitərəfli məsələləri həll etməyə imkan yaradır.

İranın xarici işlər naziri Javad Zarif də ISNA agentliyinə deyib ki, onun təşviq etdiyi diplomatik səfərlər həccdən sonra baş tuta bilər.

Jubeir Zarif-in dediyini «gülməli» adlandırıb, deyib ki, «indiki məqamda onların yaxşı qonşu olmaq istəyini ciddi saymırıq».