Frankfurtda nəhəng bomba zərərsizləşdirilib

Bomba

Frankfurtda bomba ekspertləri İkinci Dünya müharibəsindən qalmış nəhəng bombanı uğurla zərərsizləşdirə biliblər. Sentyabrın 3-də səhərdən 60 mindən çox adam evlərini tərk etməli olub. Onların arasında xəstələr və yaşlılar da varıydı. Rəsmilər Frankfurtun 1.5 kilometrlik radiusunu boşaltmaq əmri vermişdilər.

Britaniya istehsalı olan nəhəng bomba tikinti sahəsində aşkarlanıb. Müharibədən 70 ildən çox keçsə də, Almaniya ərazisində partlamamış bombalar tapılmaqdadır.

Sentyabrın 2-də qərbi Koblenz şəhərində 21 min nəfər köçürülüb, bomba mütəxəssisləri Amerika istehsalı olan mərmini zərərsizləşdiriblər.