Özbəkistan vətəndaşları sentyabrın 5-dən istədikləri qədər valyuta alıb-sata biləcəklər.
Bu barədə sebtyabrın 3-də Azadlıq Radiosunun Özbəkistan xidməti məlumat yayıb.
Ölkə prezidenti Shavkat Mirziyayev “valyuta siyasətinin liberallşdırılması ilə bağlı ilkin tədbirlər” barədə müfaviq fərman imzalayıb.
Sənədə əsasən hüquqi şəxslər beynəlxalq maliyyə əməliyyatlarını ödəmək üçün ( mal almaq, iş və xidmətlər, kreditlərin ödənməsi, eyzamiyyət xərcləri və qeyri-ticarət xarakterli digər köçürmələr) sentyabrın 5-dən kommersiya banklarından məhdudiyyətsiz xarici valyuta ala bilərlər.
Həmçinin fiziki şəxslər sentyabrın 5-dən valyutadəyişmə məntəqələrində alış-satış etmək və kommersiya banklarının konversiya şöbələrində xarici valyuta əldə edə biləcəklər.
Qeyd edək ki, artıq 4 il idi ki, Özbəkistanda hətta banklarda belə nağd şəkildə valyuta almaq, demək olar ki, mümkün deyildi. Əvvəllər qanunla respublikanın istənilən vətəndaşı rübdə bir dəfə 2 min dollara qədər valyuta əldə edə bilirdi. 2013-cü ilin fevralından dollar, ya da avro almaq istəyənlərin (məsələn, xaricə gedənlərin) bircə yolu qalırdı – beynəlxalq konversiya kartı - Visa kartı açdırmaq. Bu kartdansa məhdud müddətdə – üç il ərzində istifadə etmək olar. Ona nağdsız şəkildə yerli valyuta köçürülür, bundan sonra bank onları dollara, ya da avroya çevirirdi.
Buna da bax:"Özbəkistan Karimovun ölümündən sonra necə dəyişib?