Sentyabrın 4-ü Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağı bildirilir. Arabir güclənən şimal-qərb küləyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 21-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir.Gecə 18-23, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcəc isti təxmin edilir.
Bu gün, sentyabrın 3-ü də Bakıda hava küləklidir.