“Levada Mərkəzi”nin keçirdiyi sorğuda rəyi soruşulanların çoxu Rusiyada qiymətlərin qalxmasını ölkədə ən ciddi problem hesab edib.Sorğunun nəticələrinə görə,bu ölkə əhalisinin təxminən 60%-dən çoxu deməkdir.
“Reqnum” agentliyinin araşdırmanın nəticələrinə istinadla verdiyi məlumata görə, yoxsulluq, əhalinin əksər hissəsinin kasıblaşması (45%), işsizliyin artması, korrupsiya və tüşvətxorluq ən ciddi problemə çevirilib (33%).
Rəyi soruşulanların 28 faizi iqtisadiyyatın gerilməsi, sənayə və kənd təsərrüfatı sahəsində istehsalın azalmasından narahatdır.
Həmçinin kasıb və varlı təbəqə arasında fərqin böyüklüyü, gəlirlərin ədalətsiz bölünməsi (25%) və bir çox tibbi xidmətlərə əlçatmazlıq (26%) ciddi problemlər arasındadır.
Rusiyalıları ən az vətəndaş hüquqları və demokratik azadlıqların məhdudlaşdırılması narahat edir (4%).
Rəy sorğusu 2017-ci il avqustun 8-22-i arası, şəhər və kəndlərdə, müxtəlif yaş təbəqələrini əhatə edən 1600 nəfər arasında, 48 regionun 137 yaşayış məntəqəsində aparılıb.