Berlində Azərbaycan-Almaniya danışıqları

Azərbaycan Müdafiə Nazirliyi

Avqustun 30-da Berlin şəhərində Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Bu barədə bu gün, avqustun 31-i Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib. Təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.