Polşada sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 28 nəfər xəsarət alıb.
Bu barədə Associated Press agentliyi xəbər verir.
Qəza avqustun 30-u axşam saatlarındaPolşanın şimalında baş verib.
Polşa dəmiryol şirkətinin nümayəndəsi Miroslav Shimenets-in sözlərinə görə yaralıların həyatı təhlükədə deyil.
Qəza vaxtı sərnişin qatarında 300 adam olub.
Toqquşma nəticəsində sərnişin qatarının 11 vaqonundan 7-si xətdən çıxın.
Qəzanın səbəbi araşdırılır.