“Forbes” Rusiyada ən varlı ailələrin reytinqini açıqlayıb.
Siyahıya 3-cü ildir ki, Gutseriev-lər ailəsi başçılıq edir.
Ailənin 9,91 milyard dollar sərvəti olduğu bildirilir.
“Forbes” in yazdığına görə, Gutseriev-lərin nəzarətində olan “ Safmar” qrupunda iki yeni tərəfdaş peyda olub-şirkətin banisi Mikhail Gutserievin oğlu Said (onun sərvətinin 770milyon dollar olduğu bildirilir) və qohumu Bilan Ujakhov ( 40 milyon dollar).
İkinci yerdə 4,2 milyard dollarla Rotenberg-lər ailəsi, 3-cü yerdə isə2,7 milyard dollarla “Promsvayzbank” ın direktorlar şurasının həmsədrləri Aleksei və Dimitry Ananev-lər gəlir.
Həmçinin birinci Tatarıstan prezidenti Mintimer Shaymoyev-in oğulları, TAİF-in sahibləri Ayrat və Radik Shaymiev-lərlə (2,215 milyar5d dollar) Ziyavuddin və Magomed Magomedov qardaşları (1,75 milyard dollar) ilk beşliyə düşüblər.
“Forbes” yazır ki, Rusiyada 10 ən varlı ailənin gəlirləri son ildə 2 milyard dollar artaraq 27 milyard dollara çatıb.