İnquşetiyada toy karvanını sahə polisi və kənd rəhbərinin müavini müşaiyət edəcək

Foto arxiv

İnquşetiya rəhbəri Yunusbek Evkurov toy mərasimləri zamanı yol hərəkəti qaydalarının pozulmaması üçün avtomobil karvanlarına nəzarət edilməsini müzakirə edib.

Bu barədə avqustun 29-da kavkazr.com saytı məlumat yayıb.

Evkurov toy mərasimləri zamanı qəzalardan qaçmaq üçün toy kortejlərini müşaiyət edən xüsusi qrup yaradılmasını göstəriş verib.

“Toy karvanları yaşayış məntəqələrindəki yerli sahə polisi, həmçinin kənd rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavinləri tərəfindən müşaiyət edilməlidir” Evkurov deyib.