Cənubi Koreya hərbi poliqona hər biri 8 ton olan 8 bomba atıb

F-15 təyyarəsi

Cənubi Koreyanın hərbi-hava qüvvələri Şimali Koreyanın növbəti ballistic raket sınağına cavab olaraq hərbi təlim keçirib.

F-15 qırıcıları hərbi poliqona hər biri 8 ton olan 8 bomba atıblar.

Bu barədə avqustun 29-da yonhapnews.co.kr saytı məlumat yayıb.

Hərbi təlimin komandanı mayor Li Kuk-No bildirib ki, Cənubi Koreyanın təyyarələri nüvə təhlükəsi olacağı halda Şimali Koreya rəhbərliyini yer üzündən siləcək.

Bundan bir neçə saat sonra Yaponiya da hərbi təlim keçirib.

Tokiodakı hərbi bazaya “Petriot” hava hücumlarından müdafıə raketləri yerləşdirilib.

Şimali Koreya bundan əvvəl-avqustun 29-u səhər saatlarında ballistik raketin sınağını keçirib.

Raket Yaponiyanın şimalındakı Hokkaydo adasının üzərindən keçərək Sakit okeana düşüb.

Tokio bu sınağın Yaponiyaya görünməmiş ciddi təhlükə olduğunu bəyan edib.