Harvey tropik qasırğası ABŞ-ın Meksika Körfəzindəki neft istehsalını A22 faiz aşağı salıb. Bunu ABŞ rəsmiləri avqustun 27-də bildirib. Məlumata görə, bir gün əvvəl bu azalma 25 faiz idi.
ABŞ Meksika Körfəzində gündə 1,75 milyon barrel neft çıxarır.
ABŞ-ın Daxili Departamentinin məlumatına görə, qasırğa ilə bağlı 105 platforma təxliyyə edilib.
ABŞ-da benzinin qiyməti 6 faiz artıb. Bu, son 2 ildə ən böyük artımdır.
Texas ştatının cənub-şərqində güclü külək və yağışla müşayət olunan Harvey qasırğasından azı 2 adam ölüb.