Trump-ın Əfqanıstan strategiyası 'işləməyəcək'

Shahid Khaqan Abbasi

Pakistanın baş naziri deyir ki, ABŞ prezidenti Donald Trump-ın Əfqanıstandakı müharibəylə bağlı strategiyası iflasa məhkumdur.

«İlk gündən aydın şəkildə deyirik ki, Əfqanıstandakı hərbi strategiya işləməyib və işləməyəcək», – baş nazir Shahid Khaqan Abbasi avqustun 27-də «Bloomberg News»a müsahibəsində deyib.

«Siyasi həll olmalıdır. Vacib olan budur», – o söyləyib.

Üç həftə öncə vəzifəyə keçmiş Abbasi bildirib ki, İslamabad qonşu Əfqanıstanda terrorçularla mübarizəni dəstəkləyir və münaqişənin Pakistana keçməsinə imkan verməyəcək.

Avqustun 21-də D.Trump administrasiyasının Əfqanıstanla bağlı yeni, daha aqressiv strategiyasını açıqlayıb. O, müharibəni udmaq vədi verib, deyib ki, strategiyası «zaman qrafiki»nə deyil, qurudakı şərtlərə əsaslanacaq.

ABŞ-ın rəhbərlik etdiyi qüvvələr 16 ildir Kabil hökumətini devirməyə çalışan «Taliban», «əl-Qaidə» və digər ekstremist qruplarla savaşır.

Trump-da sonra ABŞ müdafiə naziri Jim Mattis deyib ki, Birləşmiş Ştatlar və digər ölkələr Əfqanıstana əlavə əsgərlər göndərə bilərlər.