Şimali Koreya avqustun 26-da yaxın mənzilli raketlərin sınağını keçirib.
Raketlərin uçuşu təxminən 250 kilometr olub və Yapon dənizinə düşüblər.
Cənubi Koreya ilə Yaponiya rəsmiləri onların ballistik raketlər olduğunu bildiriblər.
Bu, iyulun 28-dən bu yana Şimali Koreyanın keçirdiyi ilk raket sınağıdır.
Reuters-in məlumatına görə, raketlərdən biri havaya qalxdıqdan az sonra partlayıb.
ABŞ müdafiə nazirliyi raketlərin Şimali Amerika və Quam adasına təhlükə olmadığını bəyan edib.
Yeni sınaq barədə prezident Donald Trump-a məlumat verilib.
Beynəlxalq aləm nüvə və raket sınaqlarına görə Şimali Koreyanı dəfələrlə ittiham edib.
Pxenyan təkcə bu yay 2 qitələrarası ballistik raketin sınağını keçirib.
BMT-nin təhlükəsizlik şurası Şimali Koreyaya qarşı sanksiyaları kəskinləşdirib.