UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanan “Qarabağ” futbol klubunun heyətini bu gün, avqustun 24-də prezident İlham Əliyev qəbul edib.
Bu haqda prezidentin mətbuat xidməti xəbər verir.
Buna da bax: Qurban Qurbanov: 'Sadəcə emosiyalarımı saxlaya bilmədim'
Futbolçuları, məşqçiləri və komandanın rəsmilərini qəbul edən ölkə başçısı həm də “Qarabağ” klubuna 2 milyon manat ayırıb. Prezident bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, “Qarabağ"ın ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.
Buna da bax: "Qarabağ" UEFA-nn reytinqində 8 pillə irəlilədi
“Qarabağ” UEFA Çempionlar Liqasının avqustun 23-də keçirilən play-off mərhələsinin cavab görüşündə səfərdə “Kopenhagen” klubuna 2:1 hesabı ilə məğlub olub. Ancaq iki oyunun cəminə görə, “Qarabağ” Avropa Çempionlar Liqasının qrup mərhələsinə adladı.
“Qarabağ” Bakıda keçirilən ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib.