Bakı dəmiryol vağzalı bağlanıb

Bakı dəmiryol vağzalı

Bu gün, avqustun 22-si Bakı Dəmir Yolu Vağzalının sərnişinlərin üzünə bağlandığı bildirilir.

Bununla bağlı qərarı «Azərbaycan Dəmir Yolları» (ADY) QSC-nin verdiyi deyilir.

ADY mətbuat xidmətindən vağzalın 35 gün qapalı qalacağı açıqlanıb.

Müvəqqəti məhdudiyyət Bakı-Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına da şamil edilir.

Açıqlamada vağzalın bağlanması dəmiryolun Biləcəri-Keşlə ərazisində aparılan təmir işləri ilə izah edilib.

Elektrik qatarlarına minik Biləcəri stansiyasında «Meydan» adlanan tərəfdə aparılacaq.

Bakı Dəmir Yolu Vağzalı əvvəlki iş rejiminə sentyabrın 26-da qayıtmalıdır.