Evlənənlər azalıb, boşananlar çoxalıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Şadlıq saraylarının rəhbərləri 'ağlayır'

Ötən il Azərbaycanda 66 min 771 nikah, 13 min 114 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsinin «Azərbaycanın Demoqrafik Göstəriciləri» rəsmi nəşrində belə yazılır.

Bu, nikahların sayının 2013-cü ilə nisbətən 1.3 dəfə azalması, boşanmaların isə 1.12 dəfə artması deməkdir.

Göstəricilərə görə, 2016-cı ildə nikaha daxil olan kişilərdə orta yaş 28.6-ya, qadınlarda isə 24.1-ə bərabər olub. Həmin göstərici 2014-cü ildən etibarən sabit qalıb.