Rusiyanın birinci prezidenti Boris Yeltsin-in zirehli limuzini (Mercedes-Benz S-klasse Trasco Bremen) satışa çıxarılıb.
Eltsinin rəsmi və şəxsi görüşlərə getdiyi bu avtomobil Sankt-Peterburqda 19,7 milyon rubla (təxminən 332 min dollar) satılır.
Bu barədə avqustun 18-də TASS agentliyi avtomobili satan salonun nümayəndəsinə istinadla məlumat verir.
“Avtomobildə Boris Yeltsin gəzib. Onu bizə xüsusi təyinatlı qarajdan Dövlət Dumasının deputatı gətirib.Hesab edirik ki, qiymət münasibdir və hələlik qaldırmaq fikrində deyilik” deyə, o bildirib.
O, avtomobilin çox yaxşı vəziyyətdə olduğunu deyir.
Məlumata görə avtomobil cəmi 60 min km gedib.
Limuzin xüsusi sifarişlə hazırlanıb. Satıcı hesab edir ki, avtomobil yaxşı kolleksiya üçün layiqli nümunə ola bilər.
TASS-ın avtomobil satışları ilə bağlı saytın mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, Yeltsinin gəzdiyi digər limuzin isə (Mercedes-Benz S-klasse III W140) bu yaxınlarda 33 milyon rubla (556 000 dollar) satılıb.