Taliban ABŞ prezidenti Donald Trump-a açıq məktub göndərərək Əfqanıstandakı ABŞ ordusunu artırmamağa, əksinə ölkədən çıxarmağa çağırıb.
Bu barədə avqustun 15-də Azadlıq Radiosu məlumat yayıb.
“Əvvəlki təcrübələr göstərir ki, Əfqanıstana böyük sayda ordu göndərmək, ABŞ-ın hərbi və iqtiisadi gücünü dağıtmaqdan başq heç nəyə aparmayacaq” deyə avqustun 15-də açıqlanan məktubda deyilir.
Talibanın sözçüsü Zabihullah Mujahid həmçinin bildirib ki, ABŞ-ın bundan imtina etməsi ABŞ ordusunu ziyanlı yoldan qoruyacaq.
ABŞ-ın müdafiə naziri Jim Mattis avqustun 14-də bildirib ki, Trum administrasiyasının Əfqanıstanla bağlı yeni strategiyası gözlənilir.
Qeyd edək ki, hazırda Əfqanıstanda 8 400 ABŞ, və təxminən 5000 NATO əsgəri var.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, Mattis ABŞ əsgərlərinin sayının daha 4000 nəfər artırılmasını təklif edib.