Tanınmış şahmatçı Garry Kasparov 12 illik fasilədən sonra ilk oyununu keçirib.
O, ABŞ-ın Sent-Luise şəhərində keşirilən “Grand Chess Tour” yarışında sürətli şahmat üzrə yarışda rusiyalı Sergei Karyagin-lə heç-heçə oynayıb.
Görüş 44-cü gedişdə bitib.
Casparov oyundan əvvəl bildirib ki, idmana qayıtmaq fikrində deyil, sadəcə Sent-Luse-dəki bu turnirə qatılmaq istəyir.
Əldə edəcəyi gəliri isə o, xeyriyyə məqsədlərinə sərf etmək fikrindədir.
54 yaşlı Kasparov Bakıda doğulub. 13-cü dünya çempionudur.
2005-ci ildə şahmatdan gedib və Rusiya prezidenti Vladimir Putin-ə müxalif «Fərqli Rusiya» siyasi hərəkatını yaradıb.
2012-ci ildə Rusiya müxalifəti Koordinasiya şurasına seçilib.
Amma sonradan Rusiyadan gedib, 2013-cü ildə deyib ki, heç vaxt bu ölkəyə qayıtmayacaq. 2014-cü ildə Xorvatiya vətəndaşlığını qəbul edən Kasparov vaxtının çoxunu Nyu-Yorkda keçirir.