Avqustun 15-də ABŞ Dövlət Departamenti dünyada din azadlığının durumuyla bağlı illik hesabatını açıqlayacaq.
Dövlət katibi Rex Tillerson Vaşinqton vaxtıyla 10:30-da hesabatla bağlı çıxış edəcək.
Departament din azadlığını “əzəl Amerika dəyəri və fundamental insan hüququ” adlandırır.
Buna da bax: Trump Şarlotsvilldəki hadisələri pisləyir
Ötənilki hesabatda islam cəmiyyətlərində küfr əleyhinə qanunlardan narahatlıq ifadə olunur, onların “dünya miqyasında tanınmış insan haqlarına zərbə vurduğu” vurğulanırdı.
2016-cı il hesabatında qeyd edilirdi ki, Pakistanda küfrlə bağlı qanunlardan “kütlə ədalətinin əsaslandırılmasında istifadə olunur”.