Trump Şarlotsvilldəki hadisələri pisləyir

Donald Trump

Avqustun 14-də ABŞ prezidenti Donald Trump Virciniya ştatının Şarlotsvill şəhərində baş verənləri pisləyib. Həmin şəhərdə irqçiliyə etiraz edən qadının ölümü burada etirazlar yaradıb.

«İrqçilik şərdir və bu ad altında zorakılıq törədənlər cinayətkarlardır»,– Trump avqustun 14-də jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ku Klux Klan, neonasistlər və irqçilər «amerikalıların ruhuna ziddir».

Avqustun 12-də Şarlotsvilldə ifrat-sağçılara qarşı yürüşdə kütlənin üstünə maşın sürülüb, 32 yaşlı Heather Heyer ölüb, 19 nəfər yaralanıb.

Trump zorakılıqla bağlı ilkin fikirlərində ekstremistləri pisləmədiyinə görə tənqid olunub.

Ölkədəsə etirazlar səngimir, bir sıra şəhərlərdə ifrat sağçı qruplara qarşı nümayişlər keçirilir.