İraq Səudiyyəylə İran arasında vasitəçilik edəcək

Qasim al-Araji

İraq lideri deyir ki, ölkəsi Səudiyyə Ərəbistanıyla İran arasında vasitəçilik edəcək. Bu haqda İraq və İran mediası yazır.

İraqın daxili işlər naziri Qasim al-Araji avqustun 13-də bildirib ki, Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman İraqdan Ər-Riyadla Tehran arasında gərginliyin azaldılmasına kömək istəyib. Xəbəri İranın yarırəsmi ISNA xəbər agentliyi və İraqın «Alghadeer» peyk kanalı yayıb.

«Sakitlik və sabitliyin, İranla Səudiyyənin münasibətlərinin bərpasının bütün regiona müsbət təsiri olar», – Arraji avqustun 12-də Tehrana səfərindən sona deyib.

Onun iranlı həmkarı Abdolreza Rahmani Fazli isə vurğulayıb ki, Tehran həmişə Səudiyyə ilə isti münasibətlərin saxlanmasını istəyib.

Səudiyyə hələlik bu məlumatlara rəsmi reaksiya verməyib.

Sünni müsəlmanların yaşadığı Səudiyyə ilə şiə İranı uzun müddət Yaxın Şərqdə nüfuz savaşı aparıb.