ABŞ ordusu Ukraynada operativ mərkəz tikir

Foto arxiv

ABŞ ordusu Ukraynanın Oçakove-dəki hərbi-dəniz bazasında operativ mərkəz tikir.

Bu barədə RİA Novosti ABŞ hərbi dəniz qüvvələrinin saytına istinadla məlumat yayıb.

Təməlqoyma mərasimi iyulun 25-də olub.

ABŞ-ın mühəndis-tikinti ordusu bu ilin aprelindən Oçakove-dədir.

Onlar bu müddət ərzində hazırlıq işləri ilə məşğul olub, müqavilələr imzalayıb, tikintiyə icazə alıb və texniki məsələləri həll ediblər.

Bu komandanlıq mərkəzi ABŞ-ın Oçakove-də planlaşdırdığı 3 layihədən biridir.

Bu mərkəz gələcək hərbi təlimlərdə mühüm rol oynayacaq.

Qalan iki layihə isə qayıqlara texniki xidmət üçün xüsusi bölmə və nəzarət-buraxılış məntəqələrindən ibarətdir.

Ukraynanın Ali Radası yanvarda xarici hərbçilərin ölkədə hərbi təlimlərdə iştirakına imkan açan qanun qəbul edib.

İyulda Ukraynanın cənubunda Sea Breeze-2017 təimlərində ABŞ-da daxil olmaqla 17 ölkə iştirak edib.