Türkiyədə daha 35 nəfərin həbsinə order verilib.

Foto arxiv

Türkiyədə daha 35 nəfərin həbsinə order verilib.

Onlardan 9-u jurnalistdir.

Onlar 2016-cı il iyulun 15-də ölkədə törədilən hərbi çevriliş cəhdinin təşkilində ittiham olunan ilahiyatçı Fətullah Gülen hərəkatı ilə bağlılıqda ittiham olunurlarlar.

Fətullah Gülen hazırda ABŞ-da yaşayır.

“Birgün” qəzetinin redaktoru da şübhəlilər arasındadır.

Dövlət informasiya agentliyinin məlumatına görə, o “silahlı terrorçu qrupla” əlbir olmaqda ittiham olunur.

Polis şüvhəlilərin evlərində axtarış əməliyyatları keçirir.

İstintaqın qənaətinə görə onların hamısı “ByLock mesencer” vasitəsi ilə əlaqə saxlayuırmışlar.

Türkiyədə uğursuz qiyam cəhdindən sonra 160-dan çox mətbuat orqanı bağlanıb, 150 mindən artıq adam, iştən kənarlaşdırılıb, təxminən 50 min nəfərsə həbs edilib.