Ukraynanın nazirlər kabineti hərbi məhsulların 3-cü ölkəyə verilməsi məsələsində qarşılıqlı hərəkətlə bağlı Rusiya hökuməti ilə razılaşmadan çıxıb.
Bu barədə Regnum agentliyi avqustun 9-da “Ukraina 112” televiziya kanalına istinadla məlumat yayıb.
Bu müqavilə 2003-cü ildə imzalanmış və bir il sonra qüvvəyə minmişdi.
Sənədə əsasən tərəflər birlikdə dünya hərbi məhsullar bazarlarının marketinq və patent-lisenziya araşdırmasını aparmalı, bu sahədə informasiya mübadiləsi aparmalı, ixrac qiymətlərinin səviyyəsini razılaşdırmaq üçün məsləhətləşməli, həmçinin 3-cü ölkəyə göndərilməsi qarşılıqlı razılıq tələb edən hərbi məhsulların siyahısını hazırlamalı idilər.