Parisdə növbəti hücum törədilib (Video)

Parisdə hücum

Parisin ətrafında avtomobil bir qrup hərbçini vuraraq hadisə yerindən uzaqlaşıb.

Reutersin məlumatına görə, insident avqustun 9-da baş verib.

Nəticədə 6 nəfər xəsarət alıb, onlardan ikisi ağır vəziyyətdədir.

Polis axtarış aparır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Parisdə hücum

Şəhər meri Lavallua -Perre hücumun planlı şəkildə edildiyini bildirib.

Şahidlərin sözlərinə görə, kazarmanın qarşısında dayanan avtomobil hərbçilərin çıxmasını gözləyirmiş.

Son 2 il yarım ərzində Parisdə bir neçə terror aktı törədilib, ümumilikdə 200-dən çox adam ölüb.

Ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Fransa parlamenti iyulda ölkədəki fövqəladə vəziyyət rejimini daha yarım il uzadıb.

Fövqəladə vəziyyət rejimi 2015-ci ilin noyabrında Parisdə törədilən terror aktlarından sonra tətbiq edilib.

Fransa hakimiyyəti polis və xüsusi xidmətin səlahiyyətlərinin artırılmasından sonra fövqəladə vəziyyət rejimini ləğv etmək istəyir.