Çində zəlzələdə 9 nəfər ölüb

Çində zəlzələ

Çinin cənub-qərbində güclü zəlzələ olub, altısı turist olmaqla doqquz nəfər ölüb, azı 135 nəfər yaralanıb.

6.5 bal gücündə zəlzələnin Quanqyuan-dan 200 kilometr şimal-qərbdə, əhalinin sıx məskunlaşdığı ərazidə baş verdiyi bildirilir.

İlkin zəlzələdən sonra 400-dən çox titrəyiş baş verib, 6.5 bal gücündə ikinci zəlzələ bir neçə saat sonra Çinin Qazaxıstanla sərhədi yaxınlığında olub.

Hökumət birinci zəlzələnin yaratdığı torpaq sürüşməsində 100-dək turistin qaldığını bildirir.

Rəsmi «Xinhua» agentliyinin məlumatına görə, zəlzələ zonasından 31 min 500 turist çıxarılıb.