Türkiyə İran sərhədi boyunca da divar çəkir

Foto arxiv

Türkiyə İran sərhədi boyunca da divar çəkməyə başlayıb.

Bu barədə avqustun 8-də Azadlıq Radiosu Türkiyənin kütləvi informasiya vasitələrinə istinadla xəbər verir.

Məlumata görə, Ağrı əyalətinin qubernatoru Suleyman Elban avqustun 8-də tikinti işləri ilə tanış olub.

Səddin hündürlüyü 3 metrdir.

Türkiyə prezidenti Racep Tayyip Erdogan iyunda İraq və İran sərhədi boyunca 900 kilometrlik divar çəkiləcəyini bəyan eləmişdi.

Qeyd edək ki, Türkiyə hazırda Suriya sərhədi boyunca da bvelə bir divar çəkir.

Artıq Suriya sərhədi boyunca 650 kilometrə yaxın sədd çəkilib.

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, məqsəd kürd yaraqlıları və qaçaqmalçıların qarşısını almaqdır.