Türkiyə ilə Qətər birgə hərbi təlim keçirirlər

Foto arxiv

Türkiyə ilə Qətər avqustun7-də birgə hərbi təlim keçirirlər.

Qeyd edək ki, bu Qətərlə ərəb ölkələri arasında münasibətlərin gərginləşməsi fonunda baş verir.

Rəsmi “Al-Sharq” qəzetinin yazdığına görə, hərbi təlimdə Qətər ordusunun vacib iqtisadi və strateji obyektlərin müdafiəsinə hazırlığı məşq edilir.

Türkiyə parlamenti iyunun 7-də Qətərdəki hərbi bazaya yüzlərlə əsgər göndərilməsini nəzərdə tutan qanun layihəsi qəbul edib.

Ankara Qətərə 300-dək hərbçi gəndərməyi planlaşdırır.

Bu 2014-cü ildə Qətərə dəstək olaraq imzalanmış razılaşma çərçivəsində edilir.

Türkiyə Qətərin yaxın müttəfiqlərindən biridir.

Qeyd edək ki, Qətəri beynəlxalq terrorçuluğu dəstəkləməkdə günahlandıran Birləşmiş Ərəb Əmirlikləri,Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn onunla diplomatik münasibətlər və hava əlaqəsini kəsiblər.

Qətər ittihamı rədd edir.